“The Beach Boys” qrupunun qurucularından Mayk Lav vəfat edib
“The Beach Boys” qrupunun həmtəsisçisi və solisti Mayk Lav 85 yaşında dünyasını dəyişib.
Crossmedia.az xəbər verir ki, bu barədə musiqiçinin mətbuat nümayəndəsi məlumat yayıb. O, şənbə axşamı ailə üzvlərinin əhatəsində vəfat edib, ölüm səbəbi açıqlanmayıb.
Mayk Lav 1961-ci ildə Kaliforniyada əmisi oğlanları Brayan, Dennis və Karl Uilson, eləcə də dostları Al Jardine ilə birlikdə qrupu yaradıb. O, “California Girls”, “Good Vibrations” və “I Get Around” kimi məşhur mahnıların sözlərinin həmmüəllifi olub.
“The Beach Boys” dünya üzrə 100 milyondan çox albom satıb. Qrup 1988-ci ildə Rok-n-Roll Şöhrət Zalına daxil edilib, 2001-ci ildə isə “Grammy” mükafatına layiq görülüb.
23:15 29.11.2026
Oxunuş sayı: 79