Azərbaycan Premyer Liqası: XIII turun son görüşündə "Qarabağ" "Sumqayıt"ı məğlub edib
Misli Premyer Liqasının XIII turunun son görüşündə "Qarabağ" evdə "Sumqayıt"ı məğlub edib.
Crossmedia.az xəbər verir ki, "Azərsun Arena"da baş tutan görüş Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın heyətində Aleksandr Kaşuk 42-ci, Renaldo Sefas 45+2-ci, Taofik İsmail 77-ci, Musa Qurbanlı 86-cı dəqiqlərdə fərqləniblər. Sumqayıt təmsilçisindən İsa Suliman 8-ci, Emil Mustafayev isə 55-ci dəqiqələrdə rəqib qapısına yol tapıblar.
Bu nəticədən sonra "Qarabağ" 23 xalla 4-cü pillədə yer alıb. 10 xala malik "Sumqayıt" onuncudur.
Xatırladaq ki, XIII turun daha əvvəl baş tutan oyunlarında "Şəfa" "İmişli"yə (3:1), "Neftçi" "Zirə"yə (1:0), "Turan Tovuz" "Kəpəz"ə (2:1), "Sabah" "Araz-Naxçıvan"a (2:1), "Şamaxı" isə "Qəbələ"yə (2:0) qalib gəlib.
19:09 29.11.2026
Oxunuş sayı: 132