ABŞ-də beş böyük telekanal barəsində araşdırma aparılır
ABŞ Ədliyyə Nazirliyi ölkənin beş böyük telekanalının mümkün antiinhisar qanun pozuntularını araşdırmağa başlayıb.
Crossmedia.az xəbər verir ki, araşdırma ABC, CBS, CNN, Fox və NBC telekanallarının fəaliyyəti ilə bağlıdır. Məlumata görə, bu addım həmin telekanalların Ağ Evə girişlərinə qoyulan məhdudiyyətə etiraz olaraq Donald Trampın fəaliyyətini işıqlandırmağı koordinasiyalı şəkildə dayandırdıqları barədə iddialardan sonra atılıb.
Məhdudiyyətin hansı media qurumlarına tətbiq edildiyi və telekanalların mümkün antiinhisar pozuntularında iştirak edib-etmədiyi ilə bağlı araşdırmanın nəticələri hələ açıqlanmayıb.
15:06 11.10.2026
Oxunuş sayı: 73