Tovuzda 57 yaşlı qadın dəm qazından boğulub
Tovuzda 57 yaşlı qadın dəm qazından zəhərlənərək həyatını itirib.
Crossmedia.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini, 1969-cu il təvəllüdlü Ş. Əmrahova yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.(Apa)
15:42 11.10.2026
Oxunuş sayı: 61