Kiyevə atılan mərmi qəlpə yağışına səbəb olub
Kiyevin Darnitski rayonuna endirilən zərbə nəticəsində yaşayış binalarına və park edilmiş nəqliyyat vasitələrinə ziyan dəyib.
Crossmedia.az xəbər verir ki, Darnitski rayon dövlət administrasiyasının rəhbəri Aleksandr Kovtunovun sözlərinə görə, istifadə olunan sursat xüsusi olaraq şrapnellə – çoxsaylı metal qəlpələr yaradan elementlərlə təchiz edilib. Onun bildirdiyinə görə, məhz bu səbəbdən binaların fasadlarında və avtomobillərdə ciddi dağıntılar yaranıb.
Kovtunov qeyd edib ki, ağır nəticələrin qarşısı yalnız zərbə zamanı küçədə insanların az olması və sakinlərin pəncərə qarşısında dayanmaması sayəsində alınıb.
Kiyev meri Vitali Kliçko isə hücum nəticəsində 12 nəfərin yaralandığını açıqlayıb. Yaralananlar arasında 10 və 11 yaşlı iki uşağın da olduğu bildirilib.
21:42 11.07.2026
Oxunuş sayı: 56