Əraqçi: Əvvəlki vədlərinizi yerinə yetirin
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran üzərinə götürdüyü öhdəliklərə tam şəkildə əməl edir, lakin Vaşinqton bu istiqamətdə eyni addımı atmır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əraqçinin sözlərinə görə, ABŞ memorandumun 9-cu bəndinin tələblərini pozur. O, razılaşmaların birtərəfli qaydada icra edilməsinin mümkün olmadığını vurğulayıb.
İranlı nazir ABŞ tərəfini əvvəlki öhdəliklərini yerinə yetirməyə və razılaşmalar çərçivəsində fəaliyyətini bərpa etməyə çağırıb.
19:28 11.07.2026
Oxunuş sayı: 51