Vyetnamda 32 turistin olduğu qayıq faciə ilə üzləşdi
Vyetnamda turistləri daşıyan qayığın aşması nəticəsində 15 nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝VnExpress˝ nəşrinin məlumatına görə, faciə ölkənin Fukuok adası yaxınlığında baş verib.
Qayıqda Hindistandan olan 32 turist və 4 ekipaj üzvü olmaqla ümumilikdə 36 nəfər olub. Hadisə nəticəsində ölənlərlə yanaşı, yaralananların da olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
19:12 11.07.2026
Oxunuş sayı: 62