Xameneidən dünyaya mesaj: Onlar yataqlarında rahat ölməyəcəklər
İranın Ali Lideri Müctəba Xamenei atası vəfat etdikdən sonra yayımladığı müraciətdə qisas alınacağını bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xamenei bildirib ki, atasının və iki müharibə zamanı həlak olmuş bütün şəxslərin qanının qisası mütləq alınacaq.
O, çıxışında bu addımın İran xalqının tələbi olduğunu vurğulayaraq, məsul şəxslərin adlarının hər kəsə məlum olduğunu və onların ömürlərinin sonunadək rahat həyat sürə bilməyəcəklərini iddia edib.
Ali Lider həmçinin qeyd edib ki, qisasın həyata keçirilməsi onun və ya digər dövlət rəsmilərinin vəzifədə olub-olmamasından asılı deyil. Onun sözlərinə görə, bu proses davam edəcək və yaxın zamanda dünyanın müxtəlif ölkələrindəki azadlıqsevər insanların da bu missiyaya qoşulacağı gözlənilir.
18:39 11.07.2026
Oxunuş sayı: 74