ABŞ-nin xahişindən sonra İsrail hücumları dayandırdı
İsrail ordusu ABŞ-nin xahişi əsasında Livanın cənubuna endirilən hava zərbələrini müvəqqəti dayandırıb.
Crossmedia.az xəbər verir ki, İsrailin ˝KAN˝ telekanalının məlumatına görə, bu qərar İran ilə ABŞ arasında yaranmış gərginlik və Livanla aparılan danışıqların gedişatı aydınlaşana qədər qüvvədə qalacaq.
Məlumatda həmçinin bildirilir ki, İsrail ordusunun gələn həftə Livan ərazisindən qoşunlarını çıxarma əməliyyatına başlaması gözlənilir.
17:55 11.07.2026
Oxunuş sayı: 67