Türkiyədə hava kəskin dəyişir – turistlərə xəbərdarlıq edildi
İyulun 17-dən etibarən Türkiyənin məşhur istirahət bölgələrində havanın temperaturunun 40 dərəcəni keçəcəyi proqnozlaşdırılır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ən yüksək temperaturun Aralıq dənizi və Egey dənizi sahillərində qeydə alınacağı gözlənilir.
Həkimlər turistləri isti vurması riskinə qarşı diqqətli olmağa çağırır. Onlar susuzluq hissini gözləmədən gün ərzində 2,5–3 litr su içməyi, günəş altında uzun müddət qalmamağı və xüsusilə günün ən isti saatlarında ehtiyatlı davranmağı tövsiyə edirlər.
17:31 11.07.2026
Oxunuş sayı: 69