Rusiya MN: Ukraynada istənilən hədəfi vurmaq imkanımız var
Rusiya endirdiyi zərbələrin Ukrayna ərazisində istənilən hədəfi vurmaq imkanına malik olduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin hərbi infrastruktur obyektlərinə qarşı tətbiq etdiyi yüksək dəqiqlikli silahların istifadəsinin nəticələrinin təhlili onların yüksək effektivliyini göstərib.
Qeyd olunub ki, bu silahlar Ukrayna Prezidenti Volodimir Zelenskiyə Qərb ölkələri tərəfindən verilmiş hava hücumundan və raketdən müdafiə sistemlərini etibarlı şəkildə dəf etmək qabiliyyətinə malikdir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, söhbət təkcə Kiyevdəki hərbi obyektlərə deyil, həmçinin Ukraynanın dəniz limanı infrastrukturuna və müxtəlif gəmilərə endirilən zərbələrdən gedir.
Ukrayna tərəfi isə Rusiya Müdafiə Nazirliyinin bu iddiaları ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
17:23 11.07.2026
Oxunuş sayı: 70