Müctəba Xamenei: ABŞ və İsraildən qisas alınacaq
İranın ali dini rəhbəri Müctəba Xamenei ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan keçmiş ali dini rəhbər Əli Xamenei və digər iranlıların qisasının alınacağını bildirib.
Crossmedia.az xəbər verir ki, İranın "Fars" bu barədə məlumat yayıb.
Müctəba Xamenei bildirib ki, İran həlak olanların qanını yerdə qoymayacaq.
"Sizin qanınızın və bu iki müharibədə şəhid olan bütün insanların qanının qisasını cinayət törədən və özlərini rüsvay etmiş qatilləri cəzalandırmaqla alacağımıza and içirik. Bu qisas xalqımızın iradəsidir və mütləq həyata keçiriləcək", – deyə o vurğulayıb.
16:06 11.07.2026
Oxunuş sayı: 62