Rusiya işğal altındakı Krım və Sevastopolda turizmə 55 milyon dollardan çox vəsait ayırıb
Rusiya hökuməti işğal altında olan Krım və Sevastopolda turizm sənayesinin dəstəklənməsi üçün 55 milyon ABŞ dollarından çox vəsait ayırıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Hökuməti bu barədə məlumat yayıb.
Məlumata görə, ayrılan maliyyə vəsaiti bölgədə turizm infrastrukturunun və turizm fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.
Qeyd edək ki, Krım və Sevastopol 2014-cü ildən Rusiyanın faktiki nəzarəti altındadır. Ukrayna və beynəlxalq ictimaiyyətin böyük hissəsi bu əraziləri Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri kimi tanıyır.
16:22 11.07.2026
Oxunuş sayı: 62