Zelenski Rusiyanın Qara dənizdə üstünlüyü itirdiyini bildirdi
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Qara dənizdə üstünlüyünü itirib.
Crossmedi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Qara dəniz istiqamətində vəziyyət Ukraynanın xeyrinə dəyişib və Moskva bu bölgədə əvvəlki təsir imkanlarını saxlayıb bilmir.
Zelenski həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyət Ukraynadan yalnız bir nəticə gözləyir: ölkənin Rusiyaya qarşı mübarizədə qalib gəlməsi.
“Əminəm ki, dünyada vicdanı təmiz olan hər kəs Ukraynadan yalnız bir şeyi gözləyir — bizim bu rus qüvvələrini məğlub etməyimiz”, – deyə o bildirib.
21:50 04.07.2026
Oxunuş sayı: 65