Monakodakı partlayışın əsas şübhəlisi müəyyənləşdirildi – İnterpol axtarışa qoşulur
Monakoda üç nəfərin yaralanması ilə nəticələnən partlayışla bağlı aparılan istintaqda əsas şübhəli müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.
Bildirilib ki, şübhəli barəsində artıq həbs qərarı çıxarılıb. Gün ərzində onun beynəlxalq axtarışa verilməsi üçün İnterpolun “qırmızı bülleteni”nin yayımlanacağı gözlənilir.
Daha əvvəl Fransanın Le Figaro qəzeti şübhəlinin Almaniyada yaşayan Ukrayna vətəndaşı olan qadın ola biləcəyini yazmışdı. Rəsmi qurumlar isə hələlik bu məlumatı təsdiqləməyib.
Xatırladaq ki, Monakoda baş verən partlayış nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin motivi və digər təfərrüatlarla bağlı araşdırma davam etdirilir.
08:35 03.07.2026
Oxunuş sayı: 52