Politoloq: Ermənistan Rusiya ilə münasibətlərə alternativ tapa bilməyəcək
Ermənistanlı politoloq Ara Poqosyan hesab edir ki, ölkə hakimiyyəti sonda Rusiya ilə münasibətləri normallaşdırmağa məcbur olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Aysor.am məlumat yayıb.
Poqosyan bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü qısa müddətdə reallaşa biləcək proses deyil və bunun üçün uzun illər tələb olunur.
Onun sözlərinə görə, Ermənistanın coğrafi mövqeyi və Aİ ilə quru sərhədinin olmaması bu prosesi daha da çətinləşdirir.
Politoloq qeyd edib ki, Baş nazir Nikol Paşinyan müxtəlif auditoriyalara fərqli mesajlar verməyə çalışır. O hesab edir ki, Ermənistanın Rusiya ilə münasibətlərinə alternativ tapmaq mümkün olmayacaq və əks halda ölkə iqtisadiyyatı ciddi problemlərlə üzləşə bilər.
07:40 03.07.2026
Oxunuş sayı: 61