Abrahamyan: Paşinyanın səhvləri gələcəkdə onun əleyhinə istifadə oluna bilər
Ermənistan müxalifətinin nümayəndəsi Tiqran Abrahamyan bildirib ki, xarici qüvvələr hazırda Baş nazir Nikol Paşinyanın səhvlərinə göz yumurlar.
Crossmedia.az xəbər verir ki, bu barədə Aysor.am məlumat yayıb.
Abrahamyanın sözlərinə görə, hakimiyyət müxalifətə qarşı irəli sürdüyü ittihamlarla diqqəti öz fəaliyyətindən yayındırmağa çalışır.
O iddia edib ki, Ermənistanın qərbli tərəfdaşları ölkədə seçki prosesində baş verən hadisələrdən və müxalifətə göstərilən təzyiqlərdən xəbərdardırlar, lakin geosiyasi maraqlarına görə buna reaksiya vermirlər.
Müxalif siyasətçi vurğulayıb ki, Paşinyanın demokratiya, insan hüquqları və seçki hüquqları ilə bağlı yol verdiyi səhvlər unudulmur və gələcəkdə onun özünə qarşı istifadə oluna bilər.
07:10 03.07.2026
Oxunuş sayı: 52