Ermənistanda hakim partiyanın fraksiya rəhbəri seçilir
Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" Partiyasının fraksiya rəhbərinin seçilməsi ilə bağlı iclas keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə NEWS.am məlumat yayıb.
Məlumata görə, fraksiya rəhbərliyinə namizəd Artur Ovannisyan iclas başa çatmadan partiyanın ofisini tərk edib.
Bildirilib ki, iclasda Ermənistanın Baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan, müdafiə naziri Suren Papikyan və hakim partiyanın digər nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, fraksiya rəhbəri vəzifəsinə digər namizəd Arusyak Manavazyandır.
07:17 03.07.2026
Oxunuş sayı: 56