Türkiyə ABŞ texnologiyası ilə 20 kiçik modul nüvə reaktoru inşa edəcək
Türkiyənin IC Holding şirkəti ABŞ-nin ARC Clean Technology şirkəti ilə əməkdaşlıq çərçivəsində ARC-100 tipli 20 kiçik modul nüvə reaktorunun tikintisini planlaşdırır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Razılaşmaya əsasən, ümumi gücü 1000 MVt olan 10 reaktor Türkiyədə inşa ediləcək, daha 10 enerji bloku isə qonşu ölkələrə ixrac üçün nəzərdə tutulub.
Sənəd çərçivəsində IC Holding Türkiyə, Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Avropada bu texnologiyanın kommersiyalaşdırılması hüququnu əldə edəcək.
Məlumata görə, Türkiyədə ilk layihənin növbəti dörd il ərzində tənzimləyici orqan tərəfindən təsdiqlənməsi gözlənilir.
İlkin mərhələdə hər bir stansiyanın dəyəri təxminən 500 milyon dollar qiymətləndirilir. Texnologiyanın inkişafı ilə bu məbləğin gələcəkdə 300 milyon dollara qədər azalacağı proqnozlaşdırılır.
23:55 02.07.2026
Oxunuş sayı: 58