Ermənistanda seçki qanunvericiliyinə dəyişikliklər ilk oxunuşda qəbul edilib
Ermənistan parlamenti Seçki Məcəlləsinə və referendum haqqında qanuna dəyişiklikləri ilk oxunuşda qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dəyişikliklərə əsasən, parlament seçkilərində və referendumlarda yalnız səsvermədən əvvəlki 730 gün ərzində ən azı 366 gün faktiki olaraq Ermənistanda yaşamış vətəndaşlar iştirak edə biləcəklər.
Qanun layihəsinin növbəti oxunuşlarda da müzakirə olunacağı gözlənilir.
23:40 02.07.2026
Oxunuş sayı: 62