Rusiya hökuməti ölkədə yaranmış yanacaq böhranının real miqyasını gizlədir – deputat açıqladı
Rusiya Dövlət Dumasının deputatı Nina Ostanina hökuməti ölkədəki yanacaq böhranının real vəziyyətini və miqyasını ictimaiyyətdən gizlətməkdə ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, hazırda Rusiya neft emalı zavodlarının təxminən 30 faizi dayanıb və bu, ciddi yanacaq çatışmazlığına səbəb olub.
Deputat xüsusilə yaxınlaşan məhsul yığımı mövsümündən narahat olduğunu qeyd edərək, yanacaq çatışmazlığının ölkədə taxıl istehsalına da mənfi təsir göstərə biləcəyini deyib.
O həmçinin bildirib ki, taksi sürücüləri artıq kondisionerlərdən istifadəni azaldır, çünki mövcud qiymətlərlə işləmək onlar üçün zərərə çevrilir.
23:25 02.07.2026
Oxunuş sayı: 54