Ukraynalı multimilyonerin yanında yaralanan qadının əsl kimliyi məlum oldu
Monakoda rezonans doğuran partlayış zamanı yaralanan ukraynalı multimilyoner Vadim Yermolayevin yanında olan şəxsin kimliyi müəyyənləşib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, o, Yermolayevin uzun illərdir birlikdə yaşadığı 46 yaşlı Anna Nasobina olub. Cütlüyün 13 yaşlı bir övladı da hadisə zamanı onlarla birlikdə olub və qəlpə yaraları alıb.
Avropadakı bəzi media orqanları əvvəlcə biznesmenin həyat yoldaşının ağır yaralandığını yazsa da, Yermolayevin rəsmi həyat yoldaşı Anna Yermolayeva bu məlumatı təkzib edərək hadisə yerində olmadığını bildirib.
Bildirilir ki, bolt və metal qırıntıları ilə doldurulmuş əldəqayırma partlayıcı qurğunun detonasiyası nəticəsində Anna Nasobina ağır yaralanıb. Fransanın Nitsa şəhərində xəstəxanaya yerləşdirilən qadının hər iki ayağının amputasiya edildiyi qeyd olunur.
23:10 02.07.2026
Oxunuş sayı: 60