Ermənistanda Qarabağ ordusunun keçmiş komandir müavini saxlanılıb
Ermənistanda Qarabağ ordusu adlandırılan strukturun keçmiş alay komandir müavini polkovnik Edik Maloyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, saxlanılma cinayət işi çərçivəsində aparılıb.
Erməni mətbuatı bu həbsi daxili siyasi proseslərlə əlaqələndirərək, Maloyanın iş adamı Samvel Karapetyanı açıq şəkildə dəstəklədiyini yazır.
Digər məlumatlara görə isə istintaq onun hərbi xidmət dövründə səlahiyyətlərdən sui-istifadə, mənimsəmə və ya səhlənkarlıq halları ilə bağlı ola bilər. Ermənistan mediası son dövrlərdə keçmiş hərbi komandirlərlə bağlı bir sıra cinayət işlərinin aparıldığını da bildirir.
23:05 02.07.2026
Oxunuş sayı: 52