Rusiyanın kölgə donanması Avropanın nüvə qalxanını hədəf alıb
Rusiya kəşfiyyat əməliyyatı sanksiya altında olan neft tankerlərini pilotsuz uçuş aparatlarının (PUA) yerləşdirilməsi üçün mobil platforma kimi istifadə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, bu PUA-lar Böyük Britaniya, Fransa və Almaniya ərazisində yerləşən strateji nüvə infrastruktur obyektlərinin müşahidəsi üçün tətbiq olunub.
Əməliyyatlar zamanı uzun məsafəli hərbi pilotsuz uçuş aparatlarından istifadə edildiyi qeyd olunur.
22:59 02.07.2026
Oxunuş sayı: 55