Zabitlərin hesabatından başqa heç nə bilmir – Zelenskidən Rusiya liderinə ağır ittiham
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski bildirib ki, Putini hərbi əməliyyatları dayandırmağa məcbur edə biləcək əsas faktor Krım deyil, Moskva adasıdır.
O, həmçinin qeyd edib ki, Rusiya prezidentinin Krım və Ukraynanın şərq bölgələri ilə bağlı dedikləri həqiqəti əks etdirmir.
“Onun Krımı bildiyi, sevdiyi və ona ehtiyacı olduğu barədə söylədiyi bütün fikirlər yalandır. Eyni şəkildə ölkəmizin şərqini də yalnız öz zabitlərinin hesabatları vasitəsilə tanıyır,” – deyə Zelenski vurğulayıb.
22:42 02.07.2026
Oxunuş sayı: 56