Suriya XİN: Lazım gələrsə, Hizbullah ilə görüşə açığıq
Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ölkəsinin Hizbullah ilə dialoqa hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Şeybani “Al Jazeera”-yə verdiyi açıqlamada qeyd edib ki, “Əgər məsləhət və ya zərurət tələb olunarsa, Hizbullah ilə görüşə açığıq”.
Açıqlama bölgədə siyasi və təhlükəsizlik gərginliyinin davam etdiyi bir dövrdə Dəməşqin mümkün diplomatik kanalları açıq saxlamaq niyyəti kimi qiymətləndirilir.
21:54 02.07.2026
Oxunuş sayı: 57