AfD-dən Almaniyaya şantaj: Ukraynaya göndərilən milyardları dərhal kəsin
Almaniyanın Almaniya üçün Alternativ (AfD) Partiyasının həmsədri Tino Krupalla Şimal Axını qaz kəmərlərinə qarşı törədilən təxribatın sifarişçilərinin müəyyən edilməsinə və Ukraynaya hərbi yardımın dayandırılmasına çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Krupalla X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib:
“Almaniya sənayesinin həyati əhəmiyyət daşıyan infrastrukturuna qarşı törədilmiş terror aktı hərtərəfli araşdırılmalıdır. Ən əsası isə bu əmri kimin verdiyi müəyyən edilməli və ictimaiyyətə açıqlanmalıdır”.
Bu çağırış Almaniya prokurorluğunun təxribatda iştirak etməkdə şübhəli bilinən Ukrayna vətəndaşına qarşı ittiham irəli sürməsindən sonra səsləndirilib.
O əlavə edib ki, istintaqın nəticələri Ukrayna ordusunun və ya xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələrinə qədər uzansa belə, araşdırma dayandırılmamalıdır.
AfD liderinin sözlərinə görə, yalnız bundan sonra Almaniyaya qarşı törədilmiş bu hərbi cinayətdə başqa dövlətlərin də iştirak edib-etmədiyi məlum olacaq və artıq mövcud sübutlar Ukraynaya hərbi yardımın dayandırılması üçün kifayət edir.
21:23 02.07.2026
Oxunuş sayı: 60