Zelenski hava hücumundan müdafiə sistemlərinə görə üsyan etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarını hava hücumundan müdafiə sistemlərinin vaxtında çatdırılmamasında günahlandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski bildirib:
“Əgər tərəfdaşlar vəd etdiklərini vaxtında təqdim etsəydilər, biz bu gün daha çox ev və insanı qoruyub saxlaya bilərdik. Bu, böyük bir problemdir”.
Prezidentin sözlərinə görə, yardımın gecikməsi Ukraynanın müdafiə imkanlarına və mülki əhalinin təhlükəsizliyinə ciddi təsir göstərir.
21:00 02.07.2026
Oxunuş sayı: 49