Mənim qayğıma qalmalısınız – Baş nazirin xanımı stadionda ortalığı bir-birinə qatdı
İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunun Qüdsdəki Teddi stadionunda keçirilən Makkabiada Oyunlarının açılış mərasimi zamanı Baş nazirə və onun köməkçilərinə yüksək səslə irad bildirdiyi iddia olunur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə şahidlərinin sözlərinə görə, Sara Netanyahu Baş nazirə müraciətlə, “Sənin ucbatından insanlarla mübahisə etməli oldum. Mənim onlarla mübahisə etməyimə sən imkan verdin”, – deyə bildirib.
Sonra o, hökumət başçısının köməkçilərinə üz tutaraq,˝ Siz mənim qayğıma qalmalısınız. Niyə məni buraxmırlar?˝ sözlərini səsləndirib.
Məlumata görə, narazılığa səbəb Sara Netanyahunun VIP zonaya girişin təşkili ilə bağlı yaranmış problemlər olub.
20:05 02.07.2026
Oxunuş sayı: 49