İstədiyimizi edərik - Ermənistan MTX-dan sərt cavab
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) keçmiş prezident Robert Köçəryanın Zvartnots hava limanında Sərhəd Xidmətinin kameraları tərəfindən qeydə alınmış görüntülərinin hakimiyyətə yaxın KİV-lərdə yayılması ilə bağlı sorğunu 18 gündən sonra cavablandırıb.
Crossmedia.az bu barədə ˝Sputnik Armenia˝ istinadən xəbər verir.
˝NEWS.am˝-ın sorğusuna cavab olaraq MTX “Milli təhlükəsizlik orqanları haqqında” qanunun 15-ci maddəsinə istinad edib. Həmin maddədə qurumun səlahiyyətləri və ona həvalə olunan funksiyalar müəyyən edilsə də, MTX bu maddənin 66 bəndindən hansının konkret hadisə ilə bağlı tətbiq olunduğunu açıqlamayıb.
Qurumun cavabında qeyd olunub ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti malik olduğu məlumatları istənilən məqsədlə dərc etmək hüququna malikdir.
Bu açıqlama faktiki olaraq Baş nazir Nikol Paşinyanın iyunun 18-də səsləndirdiyi MTX istədiyini dərc edəcək fikrini rəsmi şəkildə təsdiqləyir.
19:43 02.07.2026
Oxunuş sayı: 57