Rusiya 10-dan çox ölkənin nüvə infrastrukturunu gözaltına alıb
Rusiya son 18 ay ərzində Avropanın nüvə infrastrukturu ilə bağlı obyektlərini pilotsuz uçuş aparatları vasitəsilə izləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝The Guardian˝ nəşrinin yaydığı məlumata görə, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun analitikləri Avropanın 10-dan çox ölkəsində baş vermiş 144 şübhəli insidenti qeydə alıblar. Hədəflər arasında Böyük Britaniyadakı RAF Lakenheath aviabazası, Fransanın İle Longue atom sualtı qayıq bazası, eləcə də ABŞ-yə məxsus nüvə silahlarının saxlanıldığı Belçika və Niderlanddakı hərbi obyektlər yer alıb.
Nəşrin məlumatına görə, dronların Rusiyanın kölgə donanmasına aid gəmilərdən buraxıldığı, əməliyyatın isə Rusiyanın Baş Kəşfiyyat İdarəsi tərəfindən koordinasiya edildiyi ehtimal olunur.
Məlumata əsasən, bütün bu müddət ərzində həmin pilotsuz uçuş aparatlarından heç biri ələ keçirilməyib və ya vurulmayıb.
18:41 02.07.2026
Oxunuş sayı: 61