Aİ və Türkiyə arasında viza böhranı həll olunur? – Brüsseldən mühüm addım
Avropa İttifaqı (Aİ) Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Politico˝ nəşri məlumat verir.
Məlumata görə, məsələ Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas, genişlənmə üzrə avrokomissar Marta Kos və daxili işlər və miqrasiya üzrə avrokomissar Maqnus Brunnerin Ankaraya səfəri zamanı müzakirə olunub. Onlar Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüş keçirərək viza məsələsini də gündəmə gətiriblər.
Hazırda Aİ-yə namizəd statusuna malik doqquz ölkə var: Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro, Serbiya, Ukrayna, Moldova və Gürcüstan. Bu ölkələrin hər biri üzvlük yolunda müəyyən çətinliklərlə üzləşsə də, ən uzun sürən proses Türkiyəyə məxsusdur.
Türkiyə 1963-cü ildə Aİ ilə Assosiasiya Sazişini imzalayıb, 1987-ci ildə üzvlük üçün rəsmi müraciət edib və 1999-cu ildə Aİ-yə namizəd ölkə statusu alıb. Buna baxmayaraq, ölkənin üzvlük prosesi hələ də yekunlaşmayıb.
18:20 02.07.2026
Oxunuş sayı: 52