Rusiyada benzin qıtlığı: Vətəndaşlar Putinə videomüraciətlər göndərirlər
Rusiyanın bir sıra bölgələrində benzin qıtlığı səbəbindən sakinlər və sürücülər Prezident Vladimir Putinə kütləvi videomüraciətlər ünvanlamağa başlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülərdə məlumat verilib.
Yayılan videolarda vətəndaşlar yanacağın çatışmazlığından, yanacaqdoldurma məntəqələrində yaranan uzun növbələrdən və yanacaq tədarükündə baş verən fasilələrdən şikayət edirlər.
Hazırda Rusiya rəsmiləri tərəfindən benzin qıtlığı ilə bağlı geniş rəsmi açıqlama verilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərin çəkildiyi məkan və vaxt müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.
17:09 02.07.2026
Oxunuş sayı: 48