Aİ Ermənistana enerji dəstəyi üçün ekspert qrupu göndərir
Avropa İttifaqı Ermənistanın enerji idxalını şaxələndirmək məqsədilə ölkəyə ekspert qrupu göndərəcək və İrəvana Aİ ilə ticarətin 80 faizinin rüsumsuz həyata keçiriləcəyini vəd edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat xarici KİV-də yayılıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvanda keçirdiyi brifinqdə bildirib ki, ekspert qrupu gələn həftə Ermənistana səfər edəcək.
Onun sözlərinə görə, qrup Ermənistanın enerji idxalının şaxələndirilməsi istiqamətində tövsiyələr hazırlayacaq. Fon der Lyayen qeyd edib ki, Avropa İttifaqının bu sahədə Ukrayna və Moldovada əldə etdiyi geniş təcrübə mövcuddur.
Avropa Komissiyasının sədri əlavə edib ki, Aİ Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyi və ticarət əlaqələrini daha da inkişaf etdirməyi hədəfləyir.
16:04 02.07.2026
Oxunuş sayı: 40