Alen Simonyan deputat mandatından imtina etdi
Ermənistan parlamentinin sədri Alen Simonyan deputat mandatından imtina etdiyini və yeni çağırış parlamentdə təmsil olunmayacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Alen Simonyan bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Simonyan etiraf edib ki, parlament sədri vəzifəsində fəaliyyətini davam etdirmək istəyirdi. Lakin hakim partiyanın yeni çağırış parlamentə başqa sədr seçmək qərarından sonra deputat mandatından da tamamilə imtina etmək qərarı verib.
O bildirib ki, bu qərarı heç bir inciklik olmadan qəbul edib və bir müddət siyasətdən uzaqlaşaraq istirahət etməyi, şəxsi həyatına vaxt ayırmağı planlaşdırır.
Məlumata görə, Ermənistan Milli Assambleyasının yeni sədri postunu indiyədək parlament sədrinin müavini olmuş Ruben Rubinyan tutacaq. Rubinyan eyni zamanda Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi kimi Ankara ilə birbaşa danışıqları aparan şəxs kimi tanınır.
13:36 02.07.2026
Oxunuş sayı: 42