Putin Ukraynaya endirilən ən genişmiqyaslı zərbə ilə bağlı məruzəni dinlədi
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı həyata keçirilən ən genişmiqyaslı hava zərbəsinin nəticələri barədə məruzəni dinləyib.
Crossmedia.az xəbər verir ki, Kreml bu barədə məlumat yayıb.
Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Putinə "xüsusi hərbi əməliyyat" dövründə Ukrayna ərazisində həyata keçirilən ən kütləvi zərbənin nəticələri barədə məlumat verib.
Peskov bildirib ki, Kremlin məlumatına əsasən, zərbələr yalnız hərbi və hərbi təyinatlı obyektlərə endirilib.
13:32 02.07.2026
Oxunuş sayı: 42