Polşada daimi ABŞ hərbi bazası yaradılacaq
ABŞ administrasiyası Amerika hərbçilərinin Polşada daimi əsasda yerləşdirilməsinə razılıq verib.
Crossmedia.az xəbər verir ki, RMF24 bu barədə Polşa Prezident Administrasiyasının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşıdaçın açıqlamasına istinadən məlumat yayıb.
Marçin Pşıdaç ABŞ dövlət katibi Marko Rubio ilə keçirdiyi görüşdən sonra danışıb. Onun sözlərinə görə, indiyədək tətbiq olunan rotasiya prinsipi ilə hərbçilərin dövri yerləşdirilməsi sistemi daimi hərbi kontingentin dislokasiyası ilə əvəz olunacaq.
Pşıdaç bildirib ki, bu qərar təkcə ABŞ-nin Avropadakı hərbi strategiyasının nəticəsi deyil, həm də Polşa Prezidenti Karol Navrotski ilə ABŞ Prezidenti Donald Tramp arasında formalaşmış yaxşı şəxsi münasibətlərdən irəli gəlir.
O qeyd edib ki, ABŞ hərbçilərinin Polşada daimi yerləşdirilməsi ölkənin həm şərq, həm də qərb qonşuları üçün mühüm siyasi və təhlükəsizlik siqnalı olacaq.
13:05 02.07.2026
Oxunuş sayı: 36