Kliçko: Kiyevə ən kütləvi hava hücumu həyata keçirildi
Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiyanın paytaxta bu gün həyata keçirdiyi hava hücumu müharibənin başlanğıcından bəri ən genişmiqyaslı hücum olub.
Crossmedia.az xəbər verir ki, Vitali Kliçko bu barədə açıqlama verib.
Məlumata görə, hücum zamanı Ukrayna ərazisinə ümumilikdə 570 hava hədəfi buraxılıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, hava hücumundan müdafiə sistemləri 74 raketdən 48-ni, 496 pilotsuz uçuş aparatından isə 476-nı zərərsizləşdirə bilib.
12:47 02.07.2026
Oxunuş sayı: 43