Qanunsuz miqrantlara qarşı etirazlar iğtişaşlara çevrildi
Cənubi Afrika Respublikasında (CAR) qanunsuz miqrantlara qarşı ölkəmiqyaslı etiraz aksiyaları keçirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, etirazçılar qanunsuz miqrantların dərhal deportasiya edilməsini tələb edirlər. Aksiyalara müxalifətin irəli sürdüyü ultimatumun başa çatması səbəb olub.
Məlumata görə, aksiyaların böyük hissəsi dinc keçsə də, bəzi bölgələrdə etirazlar iğtişaşlara çevrilib və miqrantlara məxsus mağazalar talan edilib.
Toqquşmalar zamanı 900-dən çox şəxs saxlanılıb. Hadisələr nəticəsində ölən və yaralananların olduğu bildirilir.
CAR Prezidenti Sirill Ramafosa vətəndaşları sakitliyə çağıraraq bəyan edib ki, etiraz hüququ zorakılıq və vandalizm üçün əsas ola bilməz.
12:35 02.07.2026
Oxunuş sayı: 42