Analitik: Xərrazinin ölümü məqsədli əməliyyatın bir hissəsi ola bilər
Tanınmış iranlı tədqiqatçı Ehsan Təğəddosi İranın keçmiş xarici işlər naziri Kamal Xərrazinin ölümü ilə bağlı yeni iddia səsləndirib.
Crossmedia.az xəbər verir ki, Təğəddosi Kamal Xərrazinin qardaşı oğlu və Fransadakı keçmiş səfir Sadiq Xərrazinin açıqlamasına münasibət bildirərək "X" hesabında paylaşım edib.
Paylaşımda əgər Xərrazinin xəstəxanada öldürüldüyü barədə deyilənlər doğrudursa, bu hadisə İran hakimiyyəti daxilində nüvə doktrinasının dəyişdirilməsini dəstəkləyən şəxslərin məqsədli şəkildə aradan qaldırılması əməliyyatının tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Analitik Xərrazinin ölümünü martın 17-də İsrail tərəfindən öldürülən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə əlaqələndirib.
Onun fikrincə, hər iki şəxs İranın nüvə siyasətinin dəyişdirilməsi və ölkənin atom silahı istiqamətində rəsmi addımlar atmasına təsir göstərə biləcək azsaylı siyasi fiqurlar sırasında olub.
13:19 02.07.2026
Oxunuş sayı: 47