ABŞ-də İranla bağlı danışıqlar müsbət qiymətləndirilib
ABŞ dövlət başçısının xüsusi nümayəndəsi Stiv Uitkoffla Ağ Ev lideri Donald Trampın kürəkəni Cared Kuşner Qətərin paytaxtı 🇶🇦 Dohada yerli liderlərlə səmərəli danışıqlar həyata keçiriblər.
Crossmedia.az xəbər verir ki, bu haqda Bloomberg" agentliyi məlumat yayıb.
Mənbə, həmçinin İran tərəfi ilə texniki xarakterli danışıqların davam etdirildiyini vurğulayıb.
Bundan əvvəl Qətərin Xarici İşlər Nazirliyi bildirmişdi ki, ölkənin Baş naziri və XİN rəhbəri şeyx Məhəmməd bin Əbdürrəhman al-Tani Uitkof və Kuşnerlə ABŞ və İran arasında döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan memorandum çərçivəsindəki danışıqları müzakirə edib.
Tərəflər, həmçinin Yaxın Şərqdə mövcud olan vəziyyət ətrafında fikir mübadiləsi aparıb, 🇱🇧 Livandakı atəşkəs məsələsinə xüsusi diqqət yetiriblər.
11:56 02.07.2026
Oxunuş sayı: 43