Ermənistan parlamentinin ilk iclası keçiriləcək
Ermənistanda yeni seçilmiş parlamentin ilk iclası avqustun 3-də keçiriləcək və iclasa ən yaşlı deputat Knyaz Qasanyan sədrlik edəcək.
Crossmedia.az xəbər verir ki, “Hraparak” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, milli azlıqlar üçün ayrılmış kvota üzrə deputat seçilən kürd əsilli Knyaz Qasanyan artıq dördüncü dəfə parlamentin tərkibinə daxil olub.
Parlamentin reqlamentinə əsasən, ilk iclasda ölkə prezidenti və bütün ermənilərin katolikosu II Qareginin də iştirak etməsi nəzərdə tutulur.
Lakin nəşrin yazdığına görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası yeni çağırış parlamentin ilk iclasına II Qaregini dəvət etməyi planlaşdırmır.
11:16 02.07.2026
Oxunuş sayı: 56