Dohada qapalı görüş: İranla bağlı nələr müzakirə olundu?
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Dohada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezident Donald Trampın kürəkəni Cared Kuşner ilə görüş keçirib.
Crossmedi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tərəflər ABŞ ilə İran arasında aparılan danışıqların gedişatını, eləcə də Livandakı son vəziyyəti müzakirə ediblər.
Görüş zamanı regional təhlükəsizlik, Yaxın Şərqdə sabitliyin qorunması və diplomatik səylərin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
19:08 01.07.2026
Oxunuş sayı: 41