Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, dekabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 5 tüfəng, 2 patron darağı və 26 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
06:36 21.12.2024
Oxunuş sayı: 5559