Uitkof İranla danışıqlar öncəsi Dohaya yollanıb
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkof İran nümayəndə heyəti ilə keçiriləcək danışıqlar öncəsi Qətərin paytaxtı Dohaya yollanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Uitkofun səfəri ABŞ və İran nümayəndə heyətlərinin Dohada keçirilməsi planlaşdırılan görüşü ərəfəsində baş tutur. Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin səfərdə onu müşayiət edib-etməyəcəyi hələlik məlum deyil.
Xatırladaq ki, Tramp ABŞ və İran nümayəndə heyətlərinin çərşənbə axşamı Dohada görüş keçirəcəyini açıqlamışdı.
09:43 30.06.2026
Oxunuş sayı: 49