Azərbaycan-Ermənistan sərhədində ardıcıl zəlzələlər baş verib
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 21 dekabr 2024-cü il tarixində, yerli vaxtla saat 03:01-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində ardıcıl olaraq 4.8, 3 və 3.8 maqnituda gücündə zəlzələlər qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmadığını bildirib.
Zəlzələlərin episentri sərhəd bölgəsində yerləşib və təsir zonası geniş olmamışdır. Respublika Seysmoloji Xidmət Mərkəzi ərazidə seysmoloji vəziyyəti müşahidə etməyə davam edir.
06:35
Azərbaycan-Ermənistan sərhədində daha iki zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 03:03-də yerin 10 kilometr dərinliyində maqnitudası 3 olan zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Daha sonra saat 03:07-də 12 kilometr dərinlikdə maqnitudası 3,8 olan üçüncü zəlzələ olub. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.
04:44
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycan-Ermənistan sərhəddində zəlzələ qeydə alınıb.
Bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.
05:04 21.12.2024
Oxunuş sayı: 5364