90+5-ci dəqiqədə gələn qol Braziliyanı 1/8 finala daşıdı
Braziliya millisi Yaponiya üzərində dramatik qələbə qazanaraq 2026-cı il dünya çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Gərgin keçən qarşılaşma 2:1 hesabı ilə Braziliyanın xeyrinə başa çatıb. Braziliya yığmasının heyətində Kazemiro və Qabriel Martinelli fərqlənib. Yaponiyanın yeganə qolunu isə Kayşu Sano vurub.
Braziliya qələbə topunu matçın əlavə edilmiş vaxtının 90+5-ci dəqiqəsində vuraraq növbəti mərhələyə yüksəlib.
23:29 29.06.2026
Oxunuş sayı: 49