İran silahlı qruplara son xəbərdarlığını etdi
İraq hökuməti İranla əlaqəli silahlı qruplaşmalara sentyabrın 30-dək silahlarını dövlətə təhvil verməyi tələb edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hökumətin rəsmi nümayəndəsi Əl-Abudi bildirib ki, bütün silahlı birləşmələr bu qərarla bağlı artıq məlumatlandırılıb.
Onun sözlərinə görə, müəyyən edilən tarix İŞİD-ə qarşı beynəlxalq koalisiya missiyasının başa çatması ilə üst-üstə düşür, bəzi qruplar isə silah saxlamaq üçün məhz bu missiyanı əsas gətirir.
Əl-Abudi xəbərdarlıq edib ki, sentyabrın 30-dan sonra dövlət nəzarətindən kənarda qalan bütün silahlar qanunsuz sayılacaq və sahibləri cinayət məsuliyyətinə cəlb ediləcək.
22:52 29.06.2026
Oxunuş sayı: 45