Salimi: Tehran 2015-ci ildə etdiyi səhvin təkrarlanmasına imkan verməyəcək
İranda ABŞ ilə aparılan danışıqlar nəticəsində əldə olunacaq hər hansı yekun razılaşmanın parlament tərəfindən təsdiqlənməli olduğu bildirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran parlamentinin rəyasət heyətinin üzvü Əlirza Salimi deyib ki, Tehran–Vaşinqton danışıqları çərçivəsində əldə edilən istənilən yekun saziş ölkə parlamenti tərəfindən təsdiqlənməlidir.
Onun sözlərinə görə, hazırkı memorandum yalnız danışıqların çərçivəsini müəyyən edir və əgər bu sənəd tam hüquqlu sazişə çevrilərsə, İran Konstitusiyasına uyğun olaraq maddə-maddə müzakirədən keçməlidir.
Salimi həmçinin vurğulayıb ki, Tehran 2015-ci il nüvə sazişi ilə bağlı yaranmış vəziyyətin təkrarlanmasına imkan verməyəcək — həmin sazişdən ABŞ 2018-ci ildə çıxmışdı.
22:20 29.06.2026
Oxunuş sayı: 48