Makron yediyi şilləni eynəklə gizlətdi
Fransa Prezidenti Emmanuel Makron ictimai görünüşü ilə bağlı yenidən diqqət çəkib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Makron Omanın sultanı Heysam bin Tariq Al Səid ilə görüş üçün küçəyə eynəklə çıxıb. Lakin görüşdən sonra binaya qayıtdıqdan sonra eynəyini çıxarmayıb və hətta sənədlərin imzalanması mərasimində də eynəklə iştirak edib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub və istifadəçilər arasında müxtəlif zarafatlara səbəb olub. Bəzi şərhlərdə isə onun davranışı ilə bağlı əsassız şayiələr də yayılıb.
Fransanın Patriotlar partiyasının lideri Florian Filippo Prezident Emmanuel Makronla bağlı zarafat edib.
O, Makronun yenidən gün eynəyi taxaraq ictimaiyyət qarşısına çıxmasına ironik münasibət bildirərək bunun səbəbinin yenidən həyat yoldaşı Bricitdən şillə alması və ya özünü ağıllı göstərmək istəyi ola biləcəyini deyib.
21:11 29.06.2026
Oxunuş sayı: 45